21 noyabr
2022-ci il tarixdə YAP-ın yaranmasının
30 illiyinə həsr edilmiş iclasda YAP-ın
sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev geniş məruzə ilə çıxış etmişdir.
YAP-ın yaranması zərurəti xalqın xilaskarı Heydər Əliyevə ziyayıların müraciətindən
sonra meydana gəldi. Bu partiya ilk dəfə Naxçıvanda təsis edildi, özünün xalqın
xilası və dövlətçiliyin qurulması nizamnaməsi və məramnaməsi ilə başda Ulu Öndər
Heydər Əliyev olmaq şərti ilə ziyalılar tərəfindən bəyənildi. YAP-ın qurucusu
Heydər Əliyev öz çıxışlarında qeyd etmişdir ki, bizim üzərimizə düşən vəzifələri
dövlətçilik və sağlam gələcək naminə yerinə yetirəcəyik. Bu partiyanın
sıralarında elə sağlam düşüncəli insanlar olmalıdır ki, bizim başladığımız işləri
bizdən sonra layiqincə davam etdirsin. Yap İqtidar Partiyası olaraq dövlətin
xarici və daxili siyasətini çox təqdirəlayiq aparmışdır. Ölkə iqtisadiyyatı vətəndaşların
sağlam gələcəyi naminə yüksələn xətlə inkişaf etmişdir. Ölkə iqtisadiyyatına
xarici sərmayənin cəlb edilməsi üçün münbit
şərait yaradılmış və siyasi cəhətdən dövlətin siyasi divident
qazanmasına səbəb olmuşdur. Elə bu baxımdan 44 günlük Vətəh Müharibəsində Azərbaycanı
və onun dövlət başçısını yaxından tanıyan, onun siyasi bacarığına bələd olanlar
Azərbaycanın haqlı qələbəsinə inanırdı. Lakin ermənipərəst Fransa hakimiyyəti
dırnaqarası zavallı erməni xalqına qəhmər çıxan vaxt, İlham Əliev onların hər
birinə öz yerini göstərmiş və hansı əqidəyə sahib olduqlarını üzlərinə
demişdir. Işğalçı Ermənistana havadarlıq edən Fransa Əlcəzair xalqına qarşı
hansı müsibətləri yaşatdığını bütün dünya yaxşı bilir. Fransa senatında Azərbaycan
xalqına qarşı edilən qərəzli qərar səmtini tez-tez dəyişən küləyin köklü qayaya
dəyməsinə bənzəyir. Atalar demiş: yel qayadan nə qoparar? Əlbəttə heç nə. Adətən
dövlətlər bir - birinə qardaş deyə müraciət edir. Lakin Ermənistanla
Fransa bir-birinə bacı dövlətdir. Bu isə onların hər iksinin başlanğıc məişətinin
qeyri insani formada yaranmasından irəli gəlir. Yeni Azərbaycann Partiyası dünənin,
bu günün və gələcəyin partiyasıdır.Nazilə Məmişova,Xocalı rayonundan məcburi köçkün, şəhid bacısı